Fevralın 9-da X.Məmmədov küçəsində Səlim Musayev bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində ona xəsarət yetirən qardaşı Goranboy rayon sakini İlahim tutulub. Fevralın 9-u saat 15:50 radələrində, Nizami rayonu T.Abbasov küçəsində Bakı şəhər sakinləri Elçin Cəfərov idarə etdiyi «VAZ-21015» markalı avtomobillə Rafiq Abbasovu vurmuş və o aldığı xəsarətdən 3 saylı xəstəxanada ölüb.
Yanvarın 26-na keçən gecə Zaur Nadirova məxsus, S.Məmmədova küçəsində yerləşən mağazadan 16 ədəd mobil telefon, fevralın 7-nə keçən gecə Rasim Həsənova məxsus, Azadlıq prospektində yerləşən köşkdən ərzaq malları, printer, fevralın 8-nə keçən gecə Məhəmmədəli Camalova məxsus, Cavadxan küçəsində yerləşən mağazadan 485 manat, danışıq kartları, tütün məmulatları, Əlvida Nəzirzadəyə məxsus, C.Məmmədov küçəsində yerləşən mağazadan 50 manat, Könül Cəfərovaya məxsus, S.Məmmədova küçəsində yerləşən gözəllik salonundan 105 manat, Vüqar İsgəndərova məxsus, Cavadxan küçəsində yerləşən gözəllik salonundan bijuteriya, Zəminə Ağayevaya məxsus, C.Məmmədov küçəsində yerləşən 4000 manat, 3 ədəd qızıl üzük, Rəsmiyyə Hüseynovaya məxsus, C.Məmmədov küçəsində yerləşən mağazadan geyim əşyaları oğurlanmış, Emin Paşayeva məxsus, Cavadxan küçəsində yerləşən aptekdən isə oğurluga cəhd olunmuşdur. Binəqədi RPİ CAŞ və 7-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Ağdaş rayon sakini Şahmurad Xudaverdiyev, Bakı şəhər sakinləri İbrahim Cəfərov və Əlsahib Bədəlov tutulub. Müəyyən olunmuşdur ki, onlar fevralın 9-na keçən gecə, Bakı şəhər sakini Rauf Mustafayevə məxsus, Nəsimi rayonu M.Cəfərov küçəsində yerləşən restorandan isə 3 ədəd mobil telefon oğurlanıb.
Binəqədi RPİ NMB və 4-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Azər Hüseynov tutulub.
Yanvarın 27-də Qobustan qəsəbəsində Abdulla Abdullayevə məxsus mağazadan 45 manat, Pərviz Yüzbaşova məxsus mağazadan isə 1740 manat, 2 ədəd mobil telefon və tütün məlumatları oğurlanmışdır. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri Murad Yusifov, Ramil Rəhimov və İlkin Sadıqov fevralın 8-də, digər iştirakçı Sumqayıt şəhər sakini Rafiq Ramazanov isə fevralın 9-da tutulub.
Yanvarın 28-də Ramana qəsəbəsi C.Cabbarlı küçəsində yaşayan Zeynal Rəsulovun evindən, açıq qapıdan keçmək yolu ilə qızıl saat və qızıl üzük oğurlanmışdır. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Hacıqabul rayon sakini Vidadi Qasımov tutulub.
Nərimanov RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Şamaxı rayon sakini Asif Qarayevdən 405 qram qurudulmuş marixuana götürülüb.
Nəsimi RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Namiq Əmircanovdan 8 kiloqram yarım qurudulmuş marixuana götürülüb.
Yasamal RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Ağstafa rayon sakini Novruz Ayralovdan 0,753 qram, Bakı şəhər sakininləri Namiq Cəfərovdan 0,585 qram, əvvəllər məhkum olunmuşlar Samir İsgəndərovdan 0,530 qram, İsgəndər İsgəndərovdan 0,615 qram, Elşən Kazımovdan 0,581 qram heroin və İsmayıl Kazımovdan 450 qram marixiana götürülüb.
Xətai RPİ-35-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Lənkəran şəhər sakini Etibar Quliyevdən 100 qramdan artıq heroin götürülüb.
Fevralın 8-də Nəsimi küçəsində Qax rayon sakini Tamerlan Əsədov bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elxan Əliyev tutulub.
Xəzər RPİ NMB və 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Telman Babayevdən 30 qramdan artıq həşiş qətranı götürülüb.
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, AR CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Elmar Mərufov tutulub.
Yasamal RPİ CAŞ və NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Telman Babayevdən 1 kiloqram 445 qram tiryək götürülüb.
Fevralın 6-na keçən gecə, Yasamal rayonu A.Şərifzadə küçəsində Füzuli rayon sakini Zəminə Hüseynovaya məxsus, yaşadığı ünvanda yerləşəşən mağazadan, kondinsioneri sökmək yolu ilə ərzaq və tütün məmulatları oğurlanmışdır. BPİ CAİ və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Cəsur Hüseynov fevralın 8-də, digər iştirakçı Füzuli rayon sakini Əliyar İbayev isə Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən fevralın 9-da yaxalanıb.
Fevralın 6-da Neapol küçəsində yerləşən mağazada, naməlum şəxs pul xırdalamaq adı ilə orada işləyən Rəşid Bayramovdan 250 manat alaraq çıxıb gedib. Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini Şahin Bədəlov tutulub.