Aprelin 17-də Yeni Günəşli S.Cəfərov küçəsində yaşayan Fərhad Zeynalovun mənzilindən, eyvanın açıq qapısından keçməklə qızıl-zinət əşyaları oğurlanıb. Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Dmitriy Kisurin və Vadim Çmelyev tutulublar.
Aprelin 18-də saat 21:05 radələrində, Qaradağ rayonu Qızıldaş qəsəbəsində 1962-ci il təvəllüdlü Bakı şəhər sakinləri Güloğlan Məmmədovun idarə etdiyi «VAZ-21011» markalı və 1961-ci il təvəllüdlü Fazil Bəkirzadənin idarə etdiyi «Man» markalı avtomobillər toqquşub. Nəticədə, X.Məmmədov KTM-ya yerləşdirilib, sərnişini 1959-cu il təvəllüdlü Mərmər Cəfərova aldığı xəsarətdən hadisə yerində ölüb.
Aprelin 18-i saat 14:40 radələrində, Sabunçu rayonu Pirşağı qəsəbəsi II sovxoz ərazisində Kürdəmir rayon sakini 1991-ci il təvəllüdlü Eltun Qədirov idarə etdiyi Abşeron-Beton şirkətinə məxsus «Man» markalı beton daşıyan avtomobili aşırıb, nəticədə E.Qədirov aldığı xəsarətdən hadisə yerində ölüb.
Sabunçu RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Mahmud Abdullayev tutulub.
Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Emil Səməndərov tutulub.
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini Etibar Abbasovdan 170 qram marixuana götürülüb.
Dekabrın 21-i 2013-cü il tarixdə Z.Xəlilov küçəsində Bakı şəhər sakini Züleyxa Cavadlının əl çantasından naməlum şəraitdə mobil telefon oğurlanıb. Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Oktay Qədimov tutulub.
Aprelin 15-də A.Qurban küçəsində yaşayan Ülfət Nadirova məxsus yaşadığı ünvanda yerləşən internet klubdan, pəncərənin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə 40 manat və 4 ədəd prosessor oğurlanıb. Xətai RPİ CAŞ və 37-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Vüsal Əhmədov və əvvəllər məhkum olunmuş Rüstəm Rüstəmov tutulublar.