Bakının kriminal həftəsonu

bakinin-kriminal-heftesonu
Oxunma sayı: 646

İyunun 9-na keçən gecə K.Kazımzadə küçəsində yaşayan Adil Məmmədova məxsus “VAZ-2107” markalı və Ə.Ələkbərov küçəsində yaşayan Nazim Məhərrəmova məxsus “VAZ-21115” markalı avtomobilin hər birindən 1 ədəd təkər oğurlanıb. Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Seymur Rzayev iyunun 9-da tutulub və ondan 25 qramdan artıq həşiş aşkar edilib.

Martın 17-nə keçən gecə Maştağa qəsəbəsində Babək Xosrofova məxsus “VAZ-2107” markalı avtomobildən şüşəni sındırma yolu ilə maqnitafon və akkumliyator, martın 18-nə keçən gecə isə Nail Hüseynova məxsus “Qaz-33021” markalı avtomobildən açıq qapıdan keçmə yolu ilə maqnitafon oğurlanıb. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən İlham Əzizli, Bəymurad Mustafayev və Zamin Rəsulov iyunun 9-da yaxalanıblar.

İyunun 9-da B.Nuriyev küçəsində naməlum şəxs Babək rayon sakini Orxan Abdullayevə bıçaq xəsarəti yetirib. Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Tural Quliyev iyunun 9-da tutulub.

İyunun 7-də Hacınski küçəsində Elməddin adlı şəxs Bakı şəhər sakini Tərlan Rzayevə bıçaq xəsarəti yetirib. Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Elməddin Bayramlı iyunun 9-da tutulub.

İyunun 10-u saat 21:20 radələrində C.Xəndan küçəsində Bakı şəhər sakini Tural Babayev idarə etdiyi “Mersedes” markalı avtomobillə Tərtər rayon sakini Kamil Cəlilovu vurub, piyadaçı aldığı xəsarətdən KTM-da ölüb.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Mahmud Əfəndiyev iyunun 10-da tutulub.

İyunun 9-da Sulutəpə qəsəbəsində qəsəbə sakinləri Faiq İsmayılov, Lətif Məmmədov və Seymur Əsədov Ağsu rayon sakini Namiq Məmmədova məxsus “Vaz-2101” markalı avtomobili qaçırdıqlarına görə Binəqədi RPİ 40-cı PB əməkdaşları tərəfindən tutulublar. Müəyyən edilib ki, onlar iyunun 9-na keçən gecə həmin qəsəbədə Ruslan Salmanova məxsus “VAZ-2105” markalı avtomobildən maqnitafon oğurlayıblar.