Bakının kriminal həftəsonu

bakinin-kriminal-heftesonu
Oxunma sayı: 972



Martın 10-u saat 22 radələrində, Binəqədi qəsəbəsi II Mədəndə yaşayanlar Əliağa Quliyev mübahisə zəminində Xəqani Həsənova bıçaq xəsarəti yetirib, X.Həsənov xəstəxanaya aparılarkən yolda ölüb. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Ə.Quliyev tutulub. 

Martın 10-da Binə qəsəbə sakinləri Ramin Məmmədov mübahisə zəminində bıçaqla Qafur Qurbanova və qardaşı Nizamiyə bıçaq xəsarəti  yetirib. Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən R.Məmmədov tutulub. 

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Nizami Həsənovdan 570 qram tiryək götürülüb. Onun kirayəşin yaşadığı Xətai prospektindəki mənzilindən isə 3 kiloqram 200 qram qurudulmuş marixuana götürülüb.

Martın 8-də NZS qəsəbəsi A.Qurban küçəsində naməlum şəxs qəsəbə sakini Fuad Cəbrayılovu yumruqla vuraraq içərisində 520 manat və metro kartı olan pul kisəsini alaraq qaçıb. Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Namiq Əliyev tutulub.