Bakının kriminal xəbərləri

bakinin-kriminal-xeberleri
Oxunma sayı: 644

İyunun 1-nə keçən gecə Biləcəri qəsəbəsi Binəqədi şossesində Xudayar Hüseynova məxsus mağazadan qapının qıfılını sındırma yolu ilə ehtiyat avtohissələr oğurlanıb. Binəqədi RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Masazır qəsəbə sakini Maarif Quliyev iyunun 18-də, cinayətin digər iştirakçısı Biləcəri qəsəbə sakini Ruhun Abilov isə iyunun 19-da yaxalanıb. Araşdırma zamanı müəyyən edilib ki, onlar iyunun 4-nə keçən gecə Bakı şəhər sakini Babək Əyyubova məxsus Binəqədi şossesində yerləşən mağazadan qapını sındırma yolu ilə danışıq kartları oğurlayıblar. Təxirə salınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin digər iştirakçısı Biləcəri qəsəbə sakini Ramil Məmmədov da iyunun 22-də yaxalanıb.

İyunun 19-da Q.Vəzirov küçəsində naməlum şəxslər mübahisə zəminində Bakı şəhər sakinləri Natiq Hümbətov və Abbasqulu Paşayevə bıçaq xəsarəti yetirmiş, onlar 3 saylı xəstəxanaya yerləşdiriliblər. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakinləri Cəsur Priyev və qardaşı Məğrur iyunun 22-də saxlanılıb.

İyunun 20-də IV mikrorayon 20 Yanvar küçəsində yaşayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Rüstəmov qeyri-rəsmi nikahda olduğu Tahirə Orucovanı bıçaqla vuraraq qətlə yetirib. Nəsimi RPİ CAŞ və 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətldə şübhəli bilinən E.Rüstəmov iyunun 22-də yaxalanıb.

Yasamal RPİ CAŞ və 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan Fəridə Əsgərova iyunun 22-də tutulub.

İyunun 21-i saat 15 radələrində Yeni Dairəvi yolda Badamdar qəsəbə sakini Vüqarə Məmmədova idarə etdiyi «Kia Serato» markalı avtomobillə Akif Zeynalovu vurub və nəticədə A.Zeynalov KTM-də ölüb.

Nərimanov RPİ NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şirazi Kərimovdan 11 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.