Bakının kriminal xəbərləri

bakinin-kriminal-xeberleri
Oxunma sayı: 1318


Aprelin 1-də Binə qəsəbəsi Bakıxanov küçəsində yaşayan Cəmil Hümbətovun evindən açar seçmə yolu ilə 250 manat və qızıl zinət əşyaları oğurlanıb. Xəzər RPİ CAŞ, 1-ci və 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinənlər Bakı şəhər sakinləri İrac Rufullayev və Azər Həşimov tutulublar.

Aprelin 6-da F.Yusifov küçəsində yaşayan Ruslan Kərimova məxsus «VAZ-2107» markalı avtomobil qaçırılıb və avtomobil saat 19:30 radələrində Əmircan qəsəbəsi Z.Zeynalov küçəsində sökülmüş vəziyyətdə aşkar olunub. Nərimanov RPİ CAŞ və 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nazim Əsgərov, Əlicabir Sultanov və Orxan İsmayılov tutulublar. 

Nərimanov RPİ 17-ci PB və PPXB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cibgirlikdə şübhəli olan Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Əbülfəz Abdullayevdən 1 qramdan artıq heroin götürülüb.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Rasim Rzayev tutulub.