Heydər Əliyev prospektində köməkçi yolda hərəkət tam olaraq dayanıb.
Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, bütün ekspress və müntəzəm xətt avtobusları hazırda şəhər istiqamətində hərəkət edə bilmir.
Buna şəhər istiqamətində köməkçi yolda yol nəqliyyat hadisəsinin baş verməsi səbəb olub.
***
BNA-nın məlumatına görə, Heydər Əliyev prospektində qəza baş verən hissədə yük avtomobili kənara çəkilib. Hərəkət qismən bərpa olunub. Hazırda yolda sıxlıq var.



Son xəbərlər
Son Xəbərlər