Bakının mərkəzi yolları bağlanacaq- - Sürücülərin diqqətinə

bakinin-merkezi-yollari-baglanacaq-
Oxunma sayı: 2401


“Qafqazinfo”nun Baş Dövlət Yol Polisi İdarəsinə istinadən məlumatına görə, “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun 5-ci mərhələsinin keçirilməsi ilə əlaqədar 10.05.2015-ci il tarixdə paytaxtın Neftçilər, Zərifə Əliyeva, Parlament, Bülbül, İnşaatçılar prospektlərində, habelə Rəşid Behbudov, Əziz Əliyev, İstiqlaliyyət, Niyazi, Sona xanım Vəlixan, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn, Hüseyn Cavid, Abbasqulu ağa Bakıxanov, Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Üzeyir Hacıbəyov və Rixard Zorge küçələrində nəqliyyat vasitələrinin hərəkəti saat 10:30-dan 14:30-dək fasilələrlə məhdudlaşdırılacaq.