Bakının mərkəzində avtomobil belə yandı- - Video

bakinin-merkezinde-avtomobil-bele-yandi-
Oxunma sayı: 1738


“Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektinin  köməkçi yolunda (mərkəz istiqamətində) baş verib. Şahidlərin göndərdiyi videodan məlum olur ki, modeli məlum olmayan avtomobil yoldakı ayırıcı maneə ilə toqquşmadan sonra alışaraq  yanmağa başlayıb.

Qısa bir zamanda avtomobil tamamilə yanaraq kül olub.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər alovun qarşısını alıblar.

Qəza və yanğın nəticəsində xəsarət alanların olub-olmadığı araşdırılır, əlavə məlumat veriləcək.