Bakının mərkəzində brend mağazalar yanır - Fotolar+Yenilənib

Bakının mərkəzində brend mağazalar yanır
Oxunma sayı: 1743

Bakıda məşhur mağazalardan birində yanğın baş verib.

"Qafqazinfo" Musavat.com-a istinadən xəbər verir ki, Neftçilər prospekti, Yusif Məmmədəliyev küçəsində yerləşən “Dolce & Gabbana” mağazasında yanğın başlayıb. Yanğına səbəb kondisionerdə baş verən qısaqapanma olub.

Hadisə yerinə FHN-in yanğından mühafizə xidməti və polis əməkdaşları cəlb olunub. Qeyd edək ki, mağazaya xeyli zərər dəyib. Həmçinin “Dolce & Gabbana” mağazasına bitişik obyektlərdə də evakuasiya işləri aparılır.

***

FHN baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir:

Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 150 m2 olan mağazanın geyinib soyunma otağının taxtadan ibarət arakəsmə divarı və asma tavanı 30 m2 sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.