Bakının mərkəzində güllə yağışı

bakinin-merkezinde-gulle-yagisi
Oxunma sayı: 647

Hadisə ötən gecə Səbail rayonun Faiq Ömər Nemanzadə küçəsində qeydə alınıb. Həmin küçədə yaşayan, 1980-ci il təvəllüdlü Elnur Əhməd oğlu Həşimov naməlum şəxs tərəfindən güllələnib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir./APA/