Bakının mərkəzində “Prius” aşdı - Video

bakinin-merkezinde-prius-asdi
Oxunma sayı: 5885

Bakıda Toyota Prius markalı avtomobilin aşması ilə nəticələnən qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Səməd Vurğun bağının yaxınlığında, Nizami küçəsində qeydə alınıb. Maşının sürücüsü idarəetməni itirərək yolun ortasına düşüb. Ətrafdakı insanların köməyi ilə maşın düz vəziyyətə gətirilib.

Hadisə zamanı digər avtomobillərə də ziyan dəyib. Ölən və yaralıların olub-olmaması barədə hələlik məlumat yoxdur.