Bakının mərkəzində qadın özünü yandırmaq istədi -

bakinin-merkezinde-qadin-ozunu-yandirmaq-istedi-
Oxunma sayı: 1073


“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, 1966-cı il təvəllüdlü Zivər İslam qızı İsmayılova üstünə benzin tökərək özünü yandırmağa cəhd edib. Hadisə dünən saat 15:35-də Cəlil Məmmədquluzadə küçəsində baş verib.

Nəsimi Rayon Polis İdarəsindən vesti.az-a verilən məlumata görə, intihar cəhdinin qarşısı yaxınlıqdakı adamların müdaxiləsi ilə alınıb. Onlar qadının özünü yandırıb öldürməsinə imkan verməyiblər.

Polis intihara cəhd faktı üzrə təhqiqatlara başlayıb.

“Qafqazinfo”