Dünən saat 11 radələrində Bakının mərkəzində qadına məxsus olan çürümüş meyit qalıqları tapılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu Ə.Hüseynov küçəsində baş verib. Binanın arxa hissəsində çürüməyə məruz qalmış meyit hissələri aşkar edilib və aidiyyəti qurumlara məlumat verilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən hadisə ilə bağlı bildirilib ki, kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilib: “Aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib”.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər