Bakının mərkəzində qəza - Sərxoş sürücü polislə mübahisə etdi

bakinin-merkezinde-qeza
Oxunma sayı: 730

Bakının Nəsimi rayonunda iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəzası baş verib. "Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, qəza Ruhulla Axundov və Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb.

Hadisə nəticəsində "Opel" markalı avtomobil ilə BMW toqquşub. Hazırda qəza yerinə polis əməkdaşları cəlb olunub.

Dövlət Yol Polisi əməkdaşının məlumatına görə, qəzaya BMW markalı minik avtomobilinin sərxoş vəziyyətdə maşın idarə edən 51 yaşlı sürücüsü Telman Hüseynov səbəb olub. O, sərxoşluğun müəyyən edilməsi üçün tibb müəssisəsinə getməkdən imtina edib və nəticədə tərəflər arasında mübahisə yaranıb. Sonda T.Hüseynov məcburi qaydada müvafiq tibb müəssisəsinə aparılıb.