Bakının mərkəzində saat 11-dən su kəsiləcək

bakinin-merkezinde-saat-11-den-su-kesilecek
Oxunma sayı: 741

Bu gün Bakının mərkəzində su olmayacaq.

”Qafqazinfo”ya daxil olan məlumata görə, Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsindən keçən 350 mm diametrli magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar 19 iyun 2017-ci il tarixində saat 11:00-dən 18:00-dək  Bülbül prospekti, Səməd Vurğun, Nəcəf bəy Vəzirov, Şövqi Abdullayev, Ruhulla Axundov və Sarabski küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.