Paytaxtın mərkəzində yerləşən və tanınmış bazarlardan biri olan “Təzə bazar”ın bağlanmaq xəbəri təşvişə səbəb olub.
“Qafqazinfo”nun məlumatına görə, Xəzər TV bu məlumatın doğru və ya yalan olduğunu araşdırmaq üçün bazara baş çəkib.
Mağazalar açıq, bazar isə fəaliyyətdə olub.
Bazarın baş nəzarətçisi Qabil Quliyev bildirib ki, bazarın bağlanması ilə bağlı məsələ müzakirə mövzusu deyil. Sadəcə idarəçilik formasında dəyişiklik ediləcək.
Qabil Quliyev onu da qeyd edib ki, təzə bazar yaxın zamanlarda yeni görkəm alacaq və bazarda hər şey müasir tələblərə uyğun olaraq qurulacaq.
Xatırladaq ki, təzə bazar həm də ev heyvanlarının ən çox satıldığı yer olaraq da tanınır.
Son xəbərlər
Son Xəbərlər