Bakının məşhur gecə klubunda qadın döyüldü - Foto

bakinin-meshur-gece-klubunda-qadin-doyuldu
Oxunma sayı: 876

Bakının Səbail rayonundakı məşhur gecə klubunda qadın ofisiant döyülüb.

“Qafqazinfo”nun Report-a istinadən xəbərinə görə, “Torqovi” kimi tanınan ərazidə yerləşən “Night Office” klubuna müştəri kimi gələn orta yaşlı kişi 27 yaşlı Mənsimova Aysel Bəkir qızı ilə mübahisə edib.

Mübahisə nəticəsində qadın müştəri tərəfindən döyülüb. A.Mənsimova ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.