“Bakı”nın məşqçisinə 20 oyunluq cəza

bakinin-mesqcisine-20-oyunluq-ceza
Oxunma sayı: 1633


Kubokda AZAL-la oyunda “Neftçi”nin, “Simurq”la matçında isə “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün hər iki klub 1000 manat cərimə olunub.

“Simurq”la çempionat qarşılaşmasında 6 sarı vərəqə alan “Bakı”nın da cəzası eyni olub. Bu matçın fasiləsi zamanı hakimlər briqadasına qarşı fiziki təsir göstərən paytaxt təmsilçisinin məşqçisi Muarem Zekirin cəzası ağır olub. 20 oyun stadiona girişinə qadağa qoyulan legioner klubunu 20 min manat ziyana salıb.