“Qafqazinfo” ans-ə istinadən xəbər verir ki, Buxta küçəsi 212 ünvanında yerləşən köhnə ATS binasında məskunlaşmış 6 məcburi köçkün ailəsi bir neçə gündür sığındıqları evlərində də yaşaya bilmirlər. Yağan yağışlar ərazidə sürüşməni aktivləşdirib. Birmətəbəli binanın arxasındakı istinad divarları qabağa gəlib. Hətta divarlar o qədər aralanıb ki, hər an uçub tökülə bilər.
Bəzi yerərdə isə qabağa gəlmiş divarlar mənzillərin divarına söykənərək dayanıb. Hər an ölüm təhlükəsilə üz-üzə qalan sakinlər qorxudan evlərinə girə bilmirlər. Əslində mənzillərdəki vəziyyət də elə ürəkaçan deyil panellər aralandığından yağan yağış evə tökülür.
Son xəbərlər
Son Xəbərlər