“Bakı”nın sabiq futbolçusu oyun satdıqlarını etiraf etdi

bakinin-sabiq-futbolcusu-oyun-satdiqlarini-etiraf-etdi
Oxunma sayı: 1672

2010-2013-cü illərdə “Bakı”nın şərəfini qorumuş İbrahim Karqbo oyun satdığını etiraf edib.

“Qafqazinfo” xəbər verir ki, Syerra Lionedən olan müdafiəçi Hollandiya çempionatında “Villem-2” klubunun şərəfini qoruduğu 2008-2009 mövsümündə “Utrext”lə oyunu satmağa razılaşdığını boynuna alıb.

Hollandiya Futbol Federasiyasının uzun müddət davam etdirdiyi təhqiqatlardan sonra Karqbo sinqapurlu işbaz – Uilson Rac Perumla sövdələşməyə getdiyini etiraf edib. O, 2 komanda yoldaşı ilə hazırda həbsdə olan Peruma 0:1 hesabı ilə məğlub olacaqlarını söz verib. Amma “Villem-2” məğlub olsa da, qarşılaşma “Utrext”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə, “Bakı”nın sabiq futbolçusu vəd olunan 25 min avrosunu ala bilməyib.

Qeyd edək ki, İbrahim Karqbo “Bakı”ya məhz “Villem-2”-dən transfer olunmuşdu.