2021-ci il iyul ayının sonundan etibarən təhvil veriləcək “Javahir Residence” yaşayış kompleksini “Kristal Abşeron”un şəhərimizdə inşa etdiyi bir inci adlandırsaq, yanılmarıq.
20 %-dən başlayan ilkin ödəniş, 20 ilədək sərfəli kredit şərtləri ilə təqdim olunan layihə Yasamalda, “Musabəyov” və “Yasamal” parklarının yaxınlığında yerləşir. Kompleksə yaşıl həyət, yeraltı parkinq daxildir.
Binaların pilləkən və dəhlizləri mərmər ilə döşənib, fasadı isə isti və soyuq keçirməyən xüsusi izolyasiya qatı ilə örtülüb.
Daş yunu ilə izolyasiya edilmiş mənzillərin qızdırılması və soyudulması üçün sərf olunan enerji az olduğundan işıq və qaz xərclərinə qənaət etmiş olacaqsınız.
Qeyd edək ki, “Javahir Residence” yaşayış kompleksinə aid olan mənzillər ağıllı ev sistemi ilə təchiz olunub. Beləcə, vaxt itirmədən işıqlandırma, isitmə-soyutma, təhlükəsizlik və s. kimi gündəlik həyatınızda olan standart ehtiyacları mobil telefonunuzdan, sadəcə bir toxunuşla, avtomatik şəkildə idarə etmək mümkün olacaq.
Türkiyənin “E.C.A” şirkətinin istehsalı olan fərdi kombi sistemləri quraşdırılan mənzillərdə tavanın hündürlüyü 3 metrdir. Giriş qapılar Türkiyə, daxili qapılar isə Belarus istehsalıdır. Bütün mənzillərin pəncərələri Almaniya texnologiyası ilə istehsal edilən plastik “PVC” pəncərələridir. Sanitar qovşağının kafel-metlaxı İspaniya, evin döşəmələri isə Rusiya istehsalıdır. Mənzillərə İtaliya istehsalı olan parça tərkibli divar kağızları çəkilib.
Daha ətraflı məlumat üçün: https://bit.ly/3jRvusz



Son xəbərlər
Son Xəbərlər