Bu mövzu ilə bağlı müxtəlif versiyalar, ittihamlar səsləndirilir. Həmin şəxslərin hardan və kimdən sifariş aldıqları ilə bağlı tez-tez sual dolu yazılar dərc olunur. Prezidentin məlum sərəncamını qulaqardı edən həmin medialar bu addımı Elnur Aslanovla sadiqlik əlaməti kimi atdıqlarını nümayiş etdiriblər.
Elə bu arada vəzifədə olduğu müddətdə Elnur Aslanovun kurasiyasına daxil olan daha bir mediada maraqlı sadiqlik” faktı üzə çıxıb. Həm “firstnews” saytına , həm də “Bakinski Raboçi” qəzetinə rəhbərlik edən və Elnur Aslanovun əsas kadrlarından sayılan Rəhman Hacıyev bu günə qədər öz patronunu manşetdə saxlayıb. Maraqlıdır ki, “Bakinski Raboçi” qəzetinin saytında martın 6-da, düz bir ay bundan qabaq Elnur Aslanovun manşetdən verilən “Как быть с СБ ООН?” yazısı hələ də saytın ana səhifəsində birinci yerdə saxlanılır. Hər gün yenilənən saytda bir ay bundan qabaq dərc olunmuş yazını manşetdə saxlanılmasının anlamı nə ola bilər? E. Aslanov həmin yazıda hansı vacib məqamları xatırladıb? Heç ölkə başçısının mühüm açıqlama və sərəncamları bir gündən artıq saytlarda qalmır. Belə olan halda buna nə ad vermək olar? Çox izahat vermək istəmirik.
“Bakinski Raboçi” qəzetinin saytında həmin faktı təqdim edirik:
***
Xəbər "Qafqazinfo"da yayımlanandan cəmi yarım saat sonra “Bakinski Raboçi” qəzetinin saytından sözügedən yazı çıxarılıb.
Son xəbərlər
Son Xəbərlər