Bakıya 1000-ə yaxın rəsmi nümayəndə gəlir

bakiya-1000-e-yaxin-resmi-numayende-gelir
Oxunma sayı: 1073


“Qafqazinfo”nun məlumatına görə, iclasda tədbirin proqramı, dəvət olunacaq qonaqların tərkibi və gündəlikdə nəzərdə tutulan məsələlər müzakirə mövzusu olub.

Nazir Forumun, əvvəlki illərdə olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə keçiriləcəyini, bu il isə ilk dəfə olaraq tərəfdaş qurumların - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı rəhbərlərinin imzası ilə dəvət məktublarının göndərildiyini qeyd edib. Cari ilin 18-19 may tarixində keçiriləcək Forumda min nəfərə yaxın xarici rəsmi nümayəndənin iştirak edəcəyi gözlənilir.

Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Forumun təşkilat komitəsinin katibi Vasif Eyvazzadə məruzə ilə çıxış edərək tədbirə hazırlıq işləri, proqramda nəzərdə tutulan məsələlər, gündəlikdə müzakirə olunacaq mövzular, beynəlxalq qurumların təklifləri barədə geniş məlumat verib.

İclas Təşkilat Komitəsi üzvlərinin mövzu ətrafında müzakirələri ilə davam edib.