“Bakıya bizim dəvətimizlə gəlməyib” - Qurban Qurbanov

bakiya-bizim-devetimizle-gelmeyib
Oxunma sayı: 5837

“Bu gün nizam-intizamlı, səliqəli oyun oldu”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurbanov Bakıda Cəbəllütariqin “Linkoln” kollektivini 5:0 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib. 

Mütəxəssis tribunadakı azarkeşlərin onlara əlavə motivasiya verdiyini bildirib: “Avrokuboklarda çıxış edən digər təmsilçilərimizə uğurlar arzulayıram”.

Təcrübəli mütəxəssis ukraynalı yarımmüdafiəçinin “Qarabağ”a mümkün keçidinə münasibət bildirib:

“Aleksey Kaşuk bizim dəvətimizlə Bakıya gəlməyib. Ola bilər ki, hansısa komandamıza görə buradadır”.