“Qafqazinfo” xəbər verir ki, Türkiyənin “Vakıfbank”, “Əczaçıbaşı”və Rusiyanın “Dinamo” klubları ilk oyunlarını qələbə ilə başa vurublar. “Vakıfbank” öz meydanında Fransanın “Kann” klbundan üstün olub. Görüş 3-1 hesabı ilə yekunlaşıb. Digər bir türk klubu “Əczaçıbaşı” isə səfərdə Rusiyanın “Omiçka”sını 3-1 hesabıyla üstələyib. Lakin “Omiçka”dan fərqli olaraq, Kazan təmsilçisi “Dinamo” səfərdə İsveçrənin “Volero” klubunu məğlub etməyi bacarıb. Bu matç 3-1 hesabı ilə “Dinamo”nun xeyirinə bitib. İlk oyunlardan sonra qalib gələn bu 3 komanda Bakıda keçiriləcək “Dördlər finalı”na bir qədər də yaxınlaşıblar.
Bu cütlüklərin cavab qarşılaşmaları fevralın 11-i və 13-də keçiriləcək.
“Vakıfbank” 3- 1 “Kann”
“Omiçka” 1-3 “Əczaçıbaşı”
“Volero” 1-3 “Dinamo”
İqbal
Son xəbərlər
Son Xəbərlər