Bakıya gələcək komandalar bu matçlarda müəyyənləşəcək

bakiya-gelecek-komandalar-bu-matclarda-mueyyenlesecek
Oxunma sayı: 2818

Məlum olduğu kimi, Avro-2020-nin 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, Bakıya gələcək komandalar Uels-Danimarka, Niderland-Çexiya matçlarından sonra bəlli olacaq.

Bu cütlərin ən güclüsü iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək 1/4 final matçında üz-üzə gələcək.

Qeyd edək ki, Uels - Danimarka qarşılaşması iyunun 26-da, Niderland - Çexiya matçı isə bir gün sonra baş tutacaq.