Bakıya gələn rus donanmasından- - Fotolar

bakiya-gelen-rus-donanmasindan-
Oxunma sayı: 1238


"Qafqazinfo"ya daxil olan məlumata görə, nümayəndə heyətini qarşılayan Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının Bakıya səfərə gələn nümayəndə heyətinin rəhbəri I dərəcəli kapitan Kirill Taranenko səbailliləri salamlamış, hərbi gəmilərin Bakıdaya gəlişinin məqsədi və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri arasında əlaqələrin möhkəmlənməsinin əhəmiyyətindən danışmış və RİH-də təşkil olunan görüşə görə öz minnətdarlığını bildirib.

Səbailli qonaqlar ilk növbədə «Mahaçqala» gəmisinə gəlib. Burada gəminin kapitanı, II dərəcəli kapitan Ayup Dadayev qonaqları gəmi ilə tanış edərək onun döyüş qabiliyyəti, silahları, şəxsi heyətin məişəti barədə danışıb.

Daha sonra qonaqlar «Volqadonsk» gəmisində olmuş, gəminin kapitanı III dərəcəli kapitan Vladimir Zaytsev gəmi barədə ətraflı məlumat vermişdir. Rusiyalı hərbiçilər qonaqların çoxsaylı suallarını cavablandırıblar.

Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev hərbi dənizçiləri RİH adından salamlayıb, Bakının mərkəzi rayonu olan Səbail rayonun strateji əhəmiyyət kəsb etdiyini bildirmiş və rayonun tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri, həmçinin rayonda keçirilən beynəlxalq tədbirlər barədə məlumat vermişdir. Eldar Ağayev səmimi görüşə və gəmilərlə tanışlığa görə hərbiçilərə öz minnətdarlığını bildirib.

Gəmilərlə yaxından tanış olan qonaqlar gəmi komandası ilə birgə şəkillər çəkdirib.


“Qafqazinfo”