“Bakıya gəlmək çoxdankı arzumdur”

bakiya-gelmek-coxdanki-arzumdur
Oxunma sayı: 5993

“Moskva adətən may bayramlarında belə boş olur. İndi küçədə az sayda avtomobil var və faktiki olaraq insan yoxdur. Mən belə bir mənzərə xatırlamıram. Yəqin ki, Bakıda da belədir...”.

“Qafqazinfo” bildirir ki, bu sözləri Rusiyanın “Birinci kanal”ında yayımlanan “Dobroye utro” verilişinin aparıcısı İrina Muromtseva “Moskva-Baku” nəşrinə müsahibəsində deyib. O, koronavirus pandemiyası səbəbindən planlarının alt-üst olduğunu və Bakıya gəlmək arzusunu dilə gətirib.

“Yeri gəlmişkən, mənim çoxdankı arzum ailəmlə Bakıya səfər etməkdir. Hər il Tbilisiyə, dostlarımızın yanına gedib-gəlirik, bu il təəssüf ki, alınmadı. Bakı da planlarımızdadır. Şəhərə yazda baxmaq istəyirəm. Əgər bu il alınmasa, onda növbəti ildə mütləq!”, - deyə Muromtseva əlavə edib.