Bakıya gizli sərnişin daşıyan sürücülər də həbs olundu

Bakıya gizli sərnişin daşıyan sürücülər də həbs olundu
Oxunma sayı: 2939

Bakıya rayonlardan qanunsuz sərnişin daşıyan taksi sürücüləri həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan Ağdaş rayon sakini Nicat Hüseynov və Qəbələ rayon sakini Əziz Ağakişiyev qanunsuz yolla sərnişinləri Bakıdan rayonlara, rayonlardan Bakıya daşıyıblar.

Dövlət Yol Polisi İdarəsinin və Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsi əməkdaşları tərəfindən hər iki taksi sürücüsü saxlanılıb.

Onlar barəsində toplanan materiallar Abşeron rayon Məhkəməsinə göndərilib.

Hər iki şəxsə inzibati qaydada 15 sutka həbs cəzası verilib.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi