Bakıya güclü yağış yağdı - Video

bakiya-guclu-yagis-yagdi
Oxunma sayı: 6663

Bir neçə saat əvvəl Bakıya güclü yağış yağıb.

Qafqazinfo” xəbər verir ki, leysan 1 saat davam edib. Güclü yağış nəticəsində artıq bir çox küçələrdə gölməçələr yaranıb, piyadaların hərəkəti çətinləşib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı ilə bağlı proqnoz yaymışdı. Proqnozda bildirilirdi ki, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 18-21° isti, gündüz 24-29° isti olacağı gözlənilir.

 Günel Hacı