“Neftçi”nin futbolçusu Eddi İsrafilov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Jelezniçar”lə (Bosniya və Herseqovina) ilk oyun öncəsi fikirlərini bildirib.
“Qafqazinfo” xəbər verir ki, o, matçdan əvvəl keçirilən mətbuat konfransında deyib: “Düşünürəm ki, asan oyun olmayacaq. Buna baxmayaraq, Bakıya pozitiv nəticə ilə qayıdacağımıza inanıram”.
Qeyd edək ki, iyulun 27-də “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Son xəbərlər
Son Xəbərlər