Bakıda qar yağmağa başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, dünən axşam saatlarından etibarən paytaxtda qar yağır.
Qeyd edək ki, ötən gün günorta saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti pisləşib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir.
Güclü şimal-qərb küləyi əsəcək. Temperatur gecə və gündüz 0-2° isti, axşam 1°-dək şaxta olacaq.
Son xəbərlər
Son Xəbərlər