Bakıya qar yağır… - Fotolar

bakiya-qar-yagir
Oxunma sayı: 4443

Ötən gecədən başlayaraq Bakıya və ətraf ərazilərə qar yağmağa başlayıb.

Qafqazinfo” xəbər verir ki, qar güclü olmasa da, artıq yollarda bəzi məlum problemləri yaradıb.

Hidrometeoroloqların proqnozlarına görə, bu gün havanın temperaturu 1-3 dərəcə isti olacaq.

Tibbi-meteoroloji xəbərdarlıqda isə bildirilir ki, arabir güclənən xəzri küləyi və yağıntılı hava şəraiti fonunda soyuq temperatur diskomfortu əksər insanlar üçün çox əlverişsizdir.