Bakıdan Ankaraya yerli vaxtla 10:35-də yola düşən “Azərbaycan Hava Yolları”nın J2-003 nömrəli reysinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmaq qərarını verib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bildirilir ki, Bakı vaxtı ilə 11:05-də təyyarə Bakının hava limanına uğurlu eniş edib.
İlkin məlumata görə reys saat 12:30 qədər gecikir.
***
Təyyarə saat 13:00-da Ankaraya yola düşüb.
Son xəbərlər
Son Xəbərlər