Həştərxan hava limanında güclü duman ilə əlaqədar olaraq “Buta Airways”in J2-9235 nömrəli reysində hava gəmisinin kapitanı Bakının hava limanına qayıtmaq qərarı verib.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Buta Airways”in rəsmi “Facebook” səhifəsində yazılıb.
Yerli vaxtla saat 10:50-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirib.
Hava şəraitinin yaxşılaşmasından sonra heyətin Həştərxana yola düşəcəyi gözlənilir.
**
Həştərxan hava limanındakı güclü duman səbəbindən Azərbaycana qayıdan “Buta Airways”in təyyarəsi Bakı vaxtı ilə saat 13:05-də yenidən Həştərxana yola düşüb.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Buta Airways”in rəsmi “Facebook” səhifəsində yazılıb.
Son xəbərlər
Son Xəbərlər