“Bakıya səfər çətin olacaq” - Devis

bakiya-sefer-cetin-olacaq
Oxunma sayı: 643

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da millimizin qonağı olacaq Şimali İrlandiya bu gün Yeni Zelandiya ilə yoldaşlıq görüşü keçirəcək.

 “Qafqazinfo” xəbər verir ki, Britaniya təmsilçisinin kapitanı Stiven Deyvis yığmamızla oyunöncəsi açıqlama verib. "Sauthempton"un futbolçusu bu matçın vacib olduğunu bildirib:
 
"Millinin düşərgəsində tez-tez olmuruq. Yığmaya qoşulanda da əlimizdən gələni edirik. "Vindzor Park"da yaxşı atmosfer olacağını gözləyirəm. Hər iki komanda üçün vacib əhəmiyyət kəsb edən görüşdür. Bizi Azərbaycanla çətin səfər oyunu gözləyir. Yeni Zelandiya isə böyük turnirə - Konfederasiyalar kubokuna hazırlaşır. Çalışacağıq ki, fürsətlərdən maksimum yararlanaq. Azərbaycanla qarşılaşamdan əvvəl bu oyunda qalib gəlmək yaxşı olardı. Bu, bizim üçün yaxşı stimul ola bilər".
 
Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan oyunu iyunun 10-u, saat 20:00-da  Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.