Bakıya yağış, bu rayonlara qar yağır - Faktiki hava

bakiya-yagis-bu-rayonlara-qar-yagir
Oxunma sayı: 3657

Hazırda qərb rayonlarından başlayaraq ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə “Qafqazinfo”ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, saat 19:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava hökm sürür.

Gəncə, Şəmkir, Göygöl, Gədəbəy, Ceyrançöl, Tovuzda isə qar yağır.