Bakıya yağış yağır

bakiya-yagis-yagir
Oxunma sayı: 1638


“Qafqazinfo” xəbər verir ki, paytaxtla bərabər ölkənin əksər bölgələrində yağışlı hav şəraiti mövcuddur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin və yağışın fasilələrlə gün boyu davam edəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 2-4, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 8-12 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq. 

Fevralın 28-də Abşeron yarımadasında nisbətən qeyri-sabit hava şəraiti bəzi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, martın 01-02-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.