Bakıyla Sumqayıt arasında elektrik nəqliyyatı olacaq

bakiyla-sumqayit-arasinda-elektrik-neqliyyati-olacaq
Oxunma sayı: 1287


“Qafqazinfo” xəbər verir ki, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə açıqlamasında məlumat verib. Nazir müavini deyib ki, bu iki şəhər arasında böyük insan axını var. Hələlik sözügedən məsələ müzakirə olunur. Bununla yanaşı, digər ictimai nəqliyyat vasitələri ilə bağlı da müəyyən fikirlər var.

M.Pənahov bildirib ki, paytaxtda daha çox metro, avtobus və taksi nəqliyyatına üstünlük veriləcək. Əhaliyə xidmət səviyyəsinin daha da yüksəldilməsi ilə bağlı müvafiq addımlar atılır. Bu istiqamətdə Bakı Metropoliteninin yeni stansiyaları inşa olunmaqla yanaşı, paytaxta çoxlu sayda taksi və avtobus gətiriləcək.