“Bakmil” stansiyası açılır

bakmil-stansiyasi-acilir
Oxunma sayı: 2686

“Bakı Metropoliteni” QSC tərəfindən təmir işləri ilə əlaqədar “Bakmil” stansiyasına giriş-çıxışa qoyulmuş məhdudiyyət (iş günləri ərzində saat 8:20-dən 17:00-a qədər) avqust ayının 31-dən müvəqqəti olaraq tətbiq edilməyəcək.

Bu barədə “Qafqazinfo”ya “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, təmir işlərinin xarakteri nəzərə alınaraq, yenidənqurma-bərpa işləri dayandırılmadan məhdudiyyətin müəyyən müddətə götürülməsi imkanı yaranıb:

“Sərnişinlərimizin marağı və təhlükəsizliyin təmin edilməsinin mümkünlüyü nəzərə alınaraq stansiyanın fəaliyyəti adi qaydada təmin ediləcək. Yaxın günlər ərzində sərnişinlərimiz “Bakmil” stansiyasına və əksinə hərəkət edən qatarlardan, hərəkət qrafikinə uyğun olaraq istifadə edə bilərlər”.

Qurum rəsmisi qeyd edib ki, məhdudiyyət bərpa olunacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək.