Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) Hövsan sakinlərini “Evədək optika” layihəsi çərçivəsində telefon, internet və televiziya xidmətləri ilə təmin etməyə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, qəsəbənin Quşçuluq massivində 1800 nömrə tutumlu optik şəbəkə qurulub. Hazırda 1200 mənzilin genişzolaqlı xidmətlərə qoşulması həyata keçirilir.
Görülən işlər sözügedən massivdə telekommunikasiya xidmətlərinə tələbatı tam şəkildə ödəyir. Şəbəkənin qurulması zamanı gələcəkdə yaşayış massivinin genişləndirilməsi və sakinlərin sayının artması ehtimalı da nəzərə alınıb.
Əlavə olaraq Hövsan kəndi, Bağlar və Zeytunluq massivlərində müasir standartlara cavab verən fiber-optik xətlərin çəkilişinə başlanılıb. Yenidənqurma işlərindən sonra sakinlər keyfiyyətli telekommunikasiya xidmətləri ilə təmin ediləcəklər.
Hövsan qəsəbəsi bütünlüklə “Evədək optika” layihəsinin əhatə dairəsinə daxil edilib. Baktelecom tərəfindən ərazidə 15 000 nömrə tutumlu şəbəkənin mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılır.




Son xəbərlər
Son Xəbərlər