“Baktelekom”da işçilərin kütləvi ixtisarı aparılır? - Rəsmi cavab

baktelekomda-iscilerin-kutlevi-ixtisari-aparilir
Oxunma sayı: 2970

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətində, eləcə də digər tabeli qurumlarında işçilərin kütləvi ixtisarı aparılmır.

“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə “Bakı Telefon Rabitəsi” MMC-də (Baktelekom) aparılan kadr islahatları ilə bağlı məsələyə cavab olaraq nazirlikdən bildiriblər.

Nazirlikdən bildirilib ki, "Baktelekom" ilə aidiyyəti telefon qovşaqlarının əməkdaşları arasındakı münasibətlər mövcud əmək qanunvericiliyinin tələblərinə uyğun tənzimlənir:

“Hazırda “Baktelekom”da daha çevik idarəetmə modelinin tətbiqi məqsədilə mərkəzləşdirmə prosesi həyata keçirilir. Belə ki, mövcud telefon qovşaqlarının "Baktelekom"a birləşdirilməsi yeni texnologiyaların tətbiqi və günün tələbləri baxımından labüddür”.