“Baku-2015”lə bağlı jurnalistlərə növbəti çağırış

baku-2015le-bagli-jurnalistlere-novbeti-cagiris
Oxunma sayı: 749


“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, təşkilat çağırışında təklif edib ki, bütün QHT-lər kampaniyaya 12 iyunda, I Avropa Oyunlarının başladığı tarixdə, saat 19:00-da qoşulsunlar. Təşkilat kampaniyaya qoşulanları aktiv olmağa, gün ərzində Azərbaycanla bağlı neqativ informasiyalar yerləşdirməyə çağırıb. Təşkilatın bu yönləndirməsindən sonra mümkündür ki, dünyanın müxtəlif qütblərində yerləşən çoxsaylı QHT-lər əsl reallığı bilmədən, sadəcə İFEX-in təsiri ilə bu kampaniyaya qoşulsun və ölkəmiz haqqında neqativ informasiyalar yayılmasında rol alsın.

Avropa Oyunlarının açılış mərasimi başlayan zaman ermənilər də Bakı 2015 haştaqına (#Baku2015) hücum planlaşdırıblar.

Trend Azərbaycan jurnalistlərinə müraciət edərək, onları bu kampaniyaya qarşı aktiv fəaliyyət qurmağa, bu Hashtag-da Azərbaycan həqiqətləri barədə gərəkli informasiyalar yerləşdirməyə, səsimizin dünyaya çatdırılmasına yardım göstərməyə çağırır.

Bunun qarşısını almaq üçün Bakı 2015 haştaqı ilə Azərbaycan və 1-ci Avropa Oyunları haqqında pozitiv məlumatların yerləşdirilməsi və paylaşılması lazımdır.

Məlumat üçün bildiririk ki, kampaniya I Avropa Oyunlarının rəsmi twitter səhifəsində, #Baku2015 Hashtag-da aparılacaq.