“Baku City Hospital” da Azərbaycan Ordusuna dəstək olub

“Baku City Hospital” da Azərbaycan Ordusuna dəstək olub
Oxunma sayı: 1544

Respublikamızın qabaqcıl tibb müəssisələrindən olan “Baku City Hospital” növbəti dəfə Azərbaycan Ordusuna dəstək olub.

Adıçəkilən xəstəxana Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat ianə edib.

Bundan əlavə, “Baku City Hospital” 2 Təcili Tibbi Yardım maşınını ordunun  ixtiyarına verib.

Həmçinin “Baku City Hospital”ın personalı hərbiləşmiş xəstəxanaların gündəlik fəaliyyətində yaxından iştirak edir. İstər cərrah-həkimlər, istərsə də tibb bacıları sentyabrın 27-dən bəri yaralı əsgərlərimizin xidmətindədir.

Onu da bildirməliyik ki, “Baku City Hospital” hərbiləşdirilmiş xəstəxanalara 15 000 manat civarında tibbi inventar yardımı edib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi