“Baku Electronics”in rəhbər heyəti “Heydər Zirvəsi”nə yürüş etdi - Fotolar+Video

baku-electronicsin-rehber-heyeti-heyder-zirvesine-yurus-etdi
Oxunma sayı: 2714

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Baku Electronics” şirkətinin rəhbər heyəti Şahdağ Milli Parkının ərazisində yerləşən və ulu öndərin adını daşıyan “Heydər zirvəsi”nə yürüş ediblər.

“Qafqazinfo” xəbər verir ki, Xınalıq kəndindən başlayan yürüş müəyyən olunmuş marşrut üzrə “Heydər zirvəsi”nə doğru davam edib.

Yürüş iştirakçıları zirvədə dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər.

“Heydər Zirvəsi”də Azərbaycan Dövlət Bayrağı ilə yanaşı, Türkiyə və “Baku Electronics”in korporativ bayraqları da dalğalandırılıb.