“Qafqazinfo” Apasport.az saytına istinadən məlumat verir ki, bu barədə jurnalistlərə “Baku Fires”in baş məşqçisi Nuripaşa Talıbov bildirib.
O bildirib ki, Avropa və 2 qat dünya çempionu Məhəmmədrəsul Məcidovun fevralın 8-də baş tutacaq görüşə qatılmamağı qərara alınıb.
Talıbov buna səbəb kimi Məcidova ötən ilin oktyabrında Qazaxıstanda növbəti dünya çempionluğunu qazandıqdan sonra tanınmış boksçumuza istirahətin verilməsini göstərib: “Məcidovun zədəsi yoxdur, sadəcə ola bilsin, bu döyüşdə iştirak üçün emosiyaları çatışmadı. Amma qarşıdakı görüşlərdə onun xidmətlərindən yararlanacağıq”.
Qeyd edək ki, “Hussard Poland”la görüşdə +91 kq-da çəki dərəcəsində Məhəmmədrəsul Məcidovu Aslanbek Mahmudov əvəzləyib.
Son xəbərlər
Son Xəbərlər