“Baku Medical Plaza”nın Vətən müharibəsində iştirak edən ağ xalatlı qəhrəmanları - Video

baku-medical-plazanin-veten-muharibesinde-istirak-eden-ag-xalatli-qehremanlari
Oxunma sayı: 2137

44 günlük Vətən müharibəsinin zəfərlə başa çatmasında əsgərlərimiz və zabitlərimizlə birgə həkimlərimizin də əvəzsiz rolu olub. Onlar həm ön, həm də arxa cəbhədə igidlərimizə dəstək, yaralılara məlhəm olublar, tarixi Zəfərə öz töhfələrini veriblər. Onların arasında “Baku Medical Plaza”nın da xeyli sayda həkimi olub.

“Baku Medical Plaza” Vətən müharibəsində iştirak edən ağ xalatlı qəhrəmanlarla bağlı film hazırlayıb. Filmdə həkimlər müharibə xatirələrindən danışırlar. Həmin filmi təqdim edirik: