“Baku Steel Company” ilə bağlı məhkəməyə müraciət olundu

baku-steel-company-ile-bagli-mehkemeye-muraciet-olundu
Oxunma sayı: 3112

Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Baku Steel Company” QSC-dən atmosfer havasına tüstünün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Qafar Ağayev “Qafqazinfo”ya bildirib ki, şikayət üzrə fakt təsdiqini tapıb, müəssisənin ərazisində araşdırma və monitorinq aparılması üçün “Baku Steel Company” QSC-yə müraciət edilsə də, müvafiq şərait yaradılmayıb:

“Bu səbəbdən Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən sözügedən QSC-nin ətrafında monitorinq və ölçmə işləri aparılıb və atmosfer havasına atılan tullantıların normadan artıq olduğu müəyyən edilib”.

Q.Qafarov qeyd edib ki, faktla bağlı akt tərtib olunub və “Baku Steel Company” QSC-nin hüquqi şəxs qismində cərimələnməsi məqsədilə toplanmış sənədlər Nəsimi rayon Məhkəməsinə göndərilib.