“BakuTel”in vaxtı dəyişdi

bakutelin-vaxti-deyisdi
Oxunma sayı: 639

Azərbaycanda sərgilər 2013-cü ilin aprel ayından etibarən yenidən öz işinə başlayacaq. “Iteca Caspian” şirkətindən “Qafqazinfo”ya verilən məlumata görə, 2013-cü ildə 20-dən çox sərgi tədbirinin keçirilməsi planlaşdırılır. Ənənəvi sərgilərlə yanaşı, 2013-cü ilin aprel ayında “Iteca Caspian” şirkətinin yeni layihəsi - Xəzər beynəlxalq “Su texnologiyaları” sərgisi və forumu (“CATEF 2013”) təşkil olunacaq. Ənənəvi “BakuTel” telekommunikasiya sərgisi isə elan edilmiş tarixdən əvvəl, yəni 2013-cü ilin 25-28 sentyabr tarixlərində keçiriləcək. Növbəti sərgi ilinin əhəmiyyətli hadisələrdən biri də Azərbaycanda ilk ixtisaslaşdırılmış beynəlxalq sərgi və konfransın - “Xəzər Neft və Qaz, Neft emalı və Neft-kimyası” (“Caspian Oil and Gas”) sərgisinin 20 illik yubileyi olacaq. Bu əlamətdar tarix üçün təşkilatçılar tərəfindən xüsusi tədbirlər proqramı hazırlanıb.
Nigar Məmmədli